Jurnalist “Bandotdel”ə Fikrət Fərəməzoğlunun işində şahid qismində dindirildiyini deyir.
“Mən bunun hansı əsasla olduğunu soruşanda, sadəcə araşdırmaların getdiyini dedilər. Hesab edirəm ki, Fikrət Fərəməzoğlu həbs olunandan sonra onun qohumlarına, ailə üzvlərinə istinadən xəbərlər tirajladıq. Buna görə də məni çağırdılar ki, ifadə alsınlar.”
Arqument.az-ın baş redaktoru Şəmşad Ağa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.
Onun sözlərinə görə, BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev zəng edərək, onu saat 15-00-da idarəyə çağırıb. Jurnalist dindirildikdən sonra sərbəst buraxılıb.
Jurnalist “Bandotdel”ə Fikrət Fərəməzoğlunun işində şahid qismində dindirildiyini deyir.