Baş Prokurorluq vəzifəli şəxslərə cinayət işi açıb

“Ramil Bağırov və “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru Mətləb Kərimovun qanunsuz hərəkətlər etdiyi barədə məlumat almışdıq”.

Foto: Azərtac


Onlar dövlətin mənafelərinə zərər vurmaqda günahlandırılır

Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda Xəzər Rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini Ramil Bağırovu dövlətin qanunla qorunan mənafelərinə zərər vurmaqda günahlandırıb.

download.jpg
Azəriqaz

“Ramil Bağırov və “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru Mətləb Kərimovun qanunsuz hərəkətlər etdiyi barədə məlumat almışdıq. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldı. Məlum oldu ki, Ramil Bağırov Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xəttlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 min 700 manat pul alıblar”.

Prokurorluq bildirir ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb: “Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Ana səhifəSosialBaş Prokurorluq vəzifəli şəxslərə cinayət işi açıb