Baş Prokurorluq təqsirsizlik prezumpsiyasını pozub

“Müharibə əlili Zaur Həsənov Həmkarlar Konfederasiyasının qarşısında həyatına qəsd etdi və T. Mustafayevdən fərqli olaraq öldü”

Source:


“Müharibə əlili Zaur Həsənov Həmkarlar Konfederasiyasının qarşısında həyatına qəsd etdi və T. Mustafayevdən fərqli olaraq öldü”

Baş Prokurorluğun mətbuat xidməti jurnalist Xədicə İsmayılla bağlı “Xədicə İsmayılovanın qanunazidd əməlləri ifşa edilmişdir” başlığlı məlumat yayıb.

Hüquqşünas Aslan İsmayılov Baş Prokurorluğun yaydığı məlumatların şəxsi həyata aid sirlərin yayılması  və təqsirsizlik prezumsiyasının pozulması kimi qiymətləndirir.

Hüquqşünas “Turan İA”a bildirib ki, prokuroluğun məlumatı ikrah hissi doğurur.

“Ona görə kimin-kimlə yatması prokurorluğun səlahiyyətinə aid məsələ deyil. Bundan başqa əgər sübut növü Tural Mustafayevin ifadəsidirsə, bu yaxınlarda ayrılmış keçmiş nişanlısı təsdiq edir ki, o psixi xəstəfir və Maştağa Psixi Dispanserində müalicə kursu keçib. Xədicənin bu ittihamla həbs edilməsi absurddur və biabırçılıqdır.

Bundan az əvvəl 8 milyon insanın izlədiyi videogörüntülərdə təsdiqini tapan müharibə əlili Zaur Həsənov Həmkarlar Konfederasiyasının qarşısında həyatına qəsd etdi və T. Mustafayevdən fərqli olaraq öldü. Himayəsində azyaşlı uşaqları var idi. Psixi pozuntusu yox idi, əksinə Qarabağ müharibəsi əlili idi. Onunla bağlı Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyeva “qaşın üstə qara” deyən olmadı. Bundan başqa prokurorluqdan xuliqanlıq etdiyinə görə qovulmuş oğlu 3 ay sonra Pirallahı rayon Polis Idarəsinə rəis təyin edildi.

Bir də məhkəmə hökmü olmadan Baş Prokurorluq yaydığı məlumatın başlığına “qanunazidd əməlləri ifşa edilmişdir” ifadəsini çıxarmaqla konstusiya prinsipi olan təqsirsizlik prezumpsiyası kobud şəkildə pozulub.

Ana səhifəXəbərlərBaş Prokurorluq təqsirsizlik prezumpsiyasını pozub