Baş Prokurorluq: Saxta COVİD-19 pasportunun verilməsi faktı aşkarlanıb

11 saylı poliklinikada yoxlama aparılıb

Source: Meydan Tv


11 saylı poliklinikada yoxlama aparılıb

Saxta COVİD-19 pasportunun verilməsi faktının aşkarlandığı bildirilir. Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 11 saylı şəhər poliklinikada qanunsuz COVID-19 pasportunun verilməsi faktı aşkarlanıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili İşlər Nazirliyi ilə birgə apardığı yoxlama nəticəsində müəyyən edilib ki, pul müqabilində tibb işçiləri vaksin vurulmadığı halda vaksinasiya haqqında saxta arayış verir.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

“Cinayətin törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir”, – məlumatda deyilir.

Ana səhifəXəbərlərBaş Prokurorluq: Saxta COVİD-19 pasportunun verilməsi faktı aşkarlanıb