Baş Prokurorluq rəsmisi: Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır

Feminist Hərəkatı bəyanat yaydı

Source: Specify Source


Feminist Hərəkatı bəyanat yaydı

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov intihara cəhd edən Aysel Ələkbərzadənin feminist hərəkatının qurbanı olduğunu söyləyib. Bildirib ki, istintaq Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır:

“Cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Qəhrəmanlı (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər. Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcək”.

Eldar Sultanov sonda deyib ki, aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq.

“8 marş – Bizimdir hürr küçələr” yürüşünün təşkilat heyətinin yaydığı bəyanatda isə deyilir ki, 8 marş – Bizimdir hürr küçələr yürüşünün əsas hədəfi patriarxal normaların aradan qaldırılmasına yönəlmişdi. Həmin yürüşün ictimaiyyətə açıq, hər kəs iştirak etməkdə sərbəst olub:

“Hər kəsin toplaşmaq, birləşmək hüququ, ifadə azadlığına hörmətlə yanaşırıq. İnsanların şərəf və ləyaqətini alçaldan, hüquqlarını pozan hər kəsin hərəkətlərini pisləyirik. Aksiyaya öncədən hazırlaşdırılaraq göndərilən təxribatçılar qrupuna görə yürüş təşkilatçılarının və digər aksiya iştirakçılarının məsuliyyət daşımadığını bildirik. Və hər kəsin təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin pozitiv öhdəlik daşıdığını bəyan edirik”.

Bəyanatda o da deyilir ki, bu gün intihar edən Aysel Ələkbərzadə yürüşün təşkilat heyətində olmayan, lakin öz şəxsi ifadə azadlığından istifadə edən yürüş iştirakçısı olub:

“Biz hökumətyönümlü medianın (AzTV, Real tv, haqqın.az) bizi birbaşa hədəf aldığını və çoxsaylı şüarlar arasında məhz birinin qəsdən tirajlandığını nəzərə alaraq, bu qənaətə gəlirik ki, biz hökumət tərəfindən ciddi bir qüvvə kimi qəbul edilirik. Odur ki, hazırda əleyhimizə ciddi şəkildə kampaniya aparılır. Keçirdiyimiz yürüşün bütün hədəfləri yürüş öncəsi yayımlanan bəyanatın mətnində qeyd olunub. İctimaiyyəti yürüşün əsas hədəflərindən uzaqlaşdırmağa yönəlmiş bütün kampaniyaları pisləyirik”.

Ana səhifəXəbərlərBaş Prokurorluq rəsmisi: Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır