Baş Prokurorluq qarşısında ”kəfən”li aksiya

Fevralın 3-də bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə aksiya keçirib.

Source:

Fevralın 3-də bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə aksiya keçirib.

Korrespondent.az-ın məlumatına görə, aksiyaçılar problemlərinin həll edilməməsindən narazıdırlar. Vətəndaşların əsas tələbləri yenidən Baş prokuror Zakir Qaralovla görüşməkdir. Onların bəziləri “kəfən” geyinərək problemlərinə göz yumulmasına etiraz ediblər.

Vətəndaşlar deyib ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.

Aksiya başlayandan təxminən 2 saat sonra baş prokurorun birinci müavini Rüstəm Usubov şikayətçiləri qəbul edib. Baş Prokurorluğun bu haqda yaydığı açıqlamada xəbər verilir ki, vətəndaşların şikayətlərinə tək-tək baxılacaq və onlara indiyə qədər olduğu kimi şifahi deyil, yazılı cavab veriləcək.

Ana səhifəXəbərlərBaş Prokurorluq qarşısında ”kəfən”li aksiya