Baş Prokurorluq ölən və yaralanan mülki şəxslərin sayını açıqladı

“Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb”, – açıqlamada bildirilir.

Source: Foto: arxiv


"61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb"

Sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər isə xəsarət alıb.

Məlumatı Azərbaycan Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 61 nəfər həlak olub, 291 nəfər isə xəsarət alıb.

“Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb”, – açıqlamada bildirilir.

Ana səhifəSiyasətBaş Prokurorluq ölən və yaralanan mülki şəxslərin sayını açıqladı