Nemət Kərimli

Mənbə: Foto: arxiv

Başlıq: Nemət Kərimli

Baş Prokurorluq Nemət Kərimlidən şikayət edib

Vəkillər Kollegiyasından vəkilə məlumat veriblər

Baş Prokurorluq Vəkillər Kollegiyasına vəkil Nemət Kərimlidən şikayət edib.

Vəkilə isə şikayətlə əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyasından telefonla zəng edib deyiblər.

Bu barədə vəkil Nemət Kərimli Meydan TV-yə özü məlumat verib.

Nemət Kərimlinin sözlərinə görə, şikayətin detalları haqqında ətraflı məlumat verməsələr də, bildiriblər ki, onun sosial şəbəkələrdə “Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlıdır.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu oktyabrın 19-da Milli Şuranın keçirdiyi aksiya zamanı həbs edilib. Nemət Kərimli onun inzibati həbs edilməsi zamanı işgəncəyə məruz qalması faktlarını açıqlayıb.

O hesab edir ki, vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.

Nemət Kərimli hesab edir ki, onun barəsində şikayət müstəqil vəkillərə təzyiq kampaniyasının davamıdır.

Vəkillər Kollegiyası və Baş Prokurorluq hələ vəkilin açıqlamasına münasibət bildirməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/loq60j

Ən çox baxılan