Baş Prokurorluq intihar edən Qarabağ qazisi haqda məlumat yaydı

Qarabağ qazisinin “ölümümdə özüm günahkaram” yazılmış məktubu üzə çıxıb

Source:


Qarabağ qazisinin “ölümümdə özüm günahkaram” yazılmış məktubu üzə çıxıb

Yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Respublika Prokurorluğu məlumat yaylb.

Bildirildiyinə görə, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb.

Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış “ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub aşkar edilib. B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edən Bəxtiyar Əhmədov Qarabağ qazisidir.

Onun intiharının səbəbləri ilə bağlı KİV-də müxtəlif məlumatlar yayılıb.

Ana səhifəXəbərlərBaş Prokurorluq intihar edən Qarabağ qazisi haqda məlumat yaydı