Baş Prokurorluq Azərbaycan əleyhinə çağırış edən Rusiya vətəndaşına cinayət işi açıb

Baş Prokurorluq Semyon Vladimiroviç Peqovla bağlı Rusiyanın səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərildiyini qeyd edib.

Source: Specify Source


"Semyon Vladimiroviç Peqov işğal olunmuş ərazilərdə olan şəxslərlə cinayət əlaqəsinə girib"

Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqova cinayət işi açıb.

Məlumatı prokurorluğun mətbuat xidməti

yayıb

.

Məlumatd bildirilir ki, 1985-ci il təvəllüdlü Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqov Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib:

“O cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlib. Semyon Peqov Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz yaradılmış terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşmaqla Rusiya vətəndaşlarına səslənərək Ermənistana kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə, habelə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib".

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb”, – açıqlamada bildirilir.

Baş Prokurorluq Semyon Vladimiroviç Peqovla bağlı Rusiyanın səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərildiyini qeyd edib.

Ana səhifəSiyasətBaş Prokurorluq Azərbaycan əleyhinə çağırış edən Rusiya vətəndaşına cinayət işi açıb