Baş Prokurorluq: Atəşkəsdən sonra 5 hərbçi, 9 mülki şəxs minaya düşərək həlak olub

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.

Foto: Azərtac


52 hərbi qulluqçu və 8 mülki şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir”.

Baş Prokurorluğun yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, atəşkəs razılaşmasından, yəni 10 noyabrdan bu günədək işğaldan azad edilmiş ərazilərdə 5 hərbi qulluqçu, 9 mülki şəxs minaya düşərək həlak olub: “52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi təmin ediləcək”.

Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edib.

Bildirib ki, qardaşı Mehman Quliyev, rayon sakinləri İlqar Əhmədov və Müstəqim Ələsgərov itkin düşüb: “Xahiş edib ki, onların harada olması araşdırılsın. Aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub”.

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.

2020-ci il fevralın 28-də Füzulinin Aşağı Seyidəhmədli kəndində 5 nəfər mülki şəxs minaya düşmüşdü.

Olduqları avtomobilin tank əleyhinə minaya düşdüyü ehtimal edilən Şakir Hacıyev, Firudin Hacıyev, Zülfüqar Hüseynov və Zibeydə Adilzadə həlak olmuşdu.

Ana səhifəSiyasətBaş Prokurorluq: Atəşkəsdən sonra 5 hərbçi, 9 mülki şəxs minaya düşərək həlak olub