Baş Prokurorluq Anar Məmmədovun dediklərini təkzib edir

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir

Source:


''SOCAR-la bağlı yazıların dayandırılması tövsiyə olunmayıb''

Baş Prokurorluq “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun dediklərini təkzib edir.

Mayın 15-də Bakı Şəhər Prokurorluğuna çağırılan

Anar Məmmədov

İstintaq İdarəsinin rəisi Rəşad Mansurov tərəfindən qəbul edildiyini və SOCAR-la bağlı yazdıqlarına görə xəbərdarlıq aldığını deyib.

Baş Prokurorluğun mətbuat xidməti isə yaydığı məlumatda Anar Məmmədovun həqiqəti əks etdirməyən yazı paylaşdığını bildirir:

“Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir.

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, məhkəmənin qeyd edilən hökmü ilə Bakı şəhər prokurorluğunda iş üzrə saxlanılan maddi sübut – “MacbookPro” markalı kompüterin hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Anar Məmmədova qaytarılması nəzərdə tutulduğundan, sonuncu müraciəti əsasında şəhər prokurorluğuna dəvət olunub. Aparılan söhbət zamanı məhkəmənin hökmündən A.Məmmədov tərəfindən apelyasiya şikayəti verildiyi müəyyən edildiyindən və beləliklə, hökm qanuni qüvvəyə minmədiyindən maddi sübut ona qaytarılmayıb.

İstər 15 may 2019-cu ildə, istərsə də əvvəlki tarixlərdə Anar Məmmədova baş redaktoru olduğu internet saytında hər hansı məlumatların, o cümlədən SOCAR-la bağlı yazıların dayandırılması tövsiyə olunmayıb”.

Ana səhifəXəbərlərBaş Prokurorluq Anar Məmmədovun dediklərini təkzib edir