Respublika Prokurorluğu

Mənbə: meydan tv

Başlıq: Respublika Prokurorluğu

Baş Prokurorluq Anar Məmmədovun dediklərini təkzib edir

''SOCAR-la bağlı yazıların dayandırılması tövsiyə olunmayıb''

Baş Prokurorluq “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun dediklərini təkzib edir.

Mayın 15-də Bakı Şəhər Prokurorluğuna çağırılan Anar Məmmədov İstintaq İdarəsinin rəisi Rəşad Mansurov tərəfindən qəbul edildiyini və SOCAR-la bağlı yazdıqlarına görə xəbərdarlıq aldığını deyib.

Baş Prokurorluğun mətbuat xidməti isə yaydığı məlumatda Anar Məmmədovun həqiqəti əks etdirməyən yazı paylaşdığını bildirir:

“Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir.

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, məhkəmənin qeyd edilən hökmü ilə Bakı şəhər prokurorluğunda iş üzrə saxlanılan maddi sübut - “MacbookPro” markalı kompüterin hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Anar Məmmədova qaytarılması nəzərdə tutulduğundan, sonuncu müraciəti əsasında şəhər prokurorluğuna dəvət olunub. Aparılan söhbət zamanı məhkəmənin hökmündən A.Məmmədov tərəfindən apelyasiya şikayəti verildiyi müəyyən edildiyindən və beləliklə, hökm qanuni qüvvəyə minmədiyindən maddi sübut ona qaytarılmayıb.

İstər 15 may 2019-cu ildə, istərsə də əvvəlki tarixlərdə Anar Məmmədova baş redaktoru olduğu internet saytında hər hansı məlumatların, o cümlədən SOCAR-la bağlı yazıların dayandırılması tövsiyə olunmayıb”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3y03oh

Ən çox baxılan