Qadın ölümü

Mənbə: Meydan Tv

Başlıq: Qadın ölümü

Baş Prokurorluq: 6 ayda 33 qadın qəsdən öldürülüb

Məqalə yeniləndi:  12 Avqust 2021

Gender aktivisti: “Təkcə iyul ayında 9 qadın qətlə yetirilib”

Təkcə bu ilin 6 ayı ərzində 33 qadın qəsdən öldürülüb.

Məlumatı Azərbaycanın Baş Prokurorluğu yayıb.

Prokurorluğun yaydığı müraciətdə bildirilir ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdiddir: “Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır”.

Müraciətində qeyd olunur ki, insanlar bu baxımdan susaraq cinayətə ortaq olmamalıdır:

“Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun “961" Çağrı Mərkəzinə müraciət edin”, – deyə Baş Prokurorluq bildirib.

Gender aktivisti Gülnarə Mehdiyevanın sözlərinə görə, təkcə iyulda Azərbaycanda 9 qadın ya əri, ya da sevgilisi tərəfindən qətlə yetirilib.

Qadın hüquqları müdafiəçiləri, gender aktivistləri daim açıqlamalarında məişət zorakılığı sahəsində əsas problemin aidiyyatı qurumların şikayəti normal araşdırmamasında görürlər.

Onlar bildirirlər ki, əgər polis orqanları qadınların şikayətini aidiyyatı üzrə araşdırsa, zorakılıq törədən şəxsə qarşı tədbir görsələr, ailəni barışdırmağa meyilli olmasalar qadın cinayətlərinin sayı da xeyli azalar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  12 Avqust 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hhzyf2

Ən çox baxılan