Baş prokuror: Bu il 12844 cinayət törədilib, 4 nəfər öldürülüb

Keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb

Source:


Keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb

2018-cı ilin birinci yarımilində törədilmiş 12.844 cinayətin 93,8 faizinin istintaqı və təhqiqat daxili işlər və prokurorluq orqanları tərəfindən aparılıb. Onların 89,4 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizi ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Bunu iyulun 30-da

Respublika Prokurorluğu

nda 2018-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti ilə bağlı əməliyyat müşavirəsində Baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb. O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzil oğurluqlarının açılması 2,6 və avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz artıb.

Bundan başqa, keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb.

Baş prokurorun sözlərinə görə, qeydə alınmış 77 qəsdən adam öldürmə cinayətlərindən 74 hadisənin açılması təmin olunub, Sumqayıt şəhər, Tovuz və Göygöl rayon prokurorluqlarının hər biri üzrə 1 hadisə olmaqla 3 qəsdən adam öldürmə cinayəti bağlı qalıb.

Gəncə hadisələri ilə bağlı bildirib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində bugünkü vaxtadək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqaları tərəfindən öldürülüb, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.

Əməliyyat müşavirəsində qeyd olunub ki, yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 4-ü vəzifədən azad olunub.

Ana səhifəXəbərlərBaş prokuror: Bu il 12844 cinayət törədilib, 4 nəfər öldürülüb