”Bu isə o deməkdir ki, körpə özü nəfəs alsa da, sipap rejimində ona yüksək təzyiq altında oksigen verilir”
Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanın vəziyyəti əvvəlki günlərlə müqayisədə stabildir. Bunu APA-ya Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib: “Ümumi vəziyyət ağır olaraq qalsa da, irəliləyiş var. Belə ki, körpə artıq süni nəfər aparatından ayrılaraq özü nəfəs almağa başlayıb. Körpənin sipap rejimində müalicəsi davam etdirilir. Bu isə o deməkdir ki, körpə özü nəfəs alsa da, sipap rejimində ona yüksək təzyiq altında oksigen verilir”.
Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. Doğuşda sonra üçəmlərdən ikisi ölüb.
Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.