Baş nazirin müavini də dərmanların ƏDV-dən azad edilməsi haqda danışdı

Əli Əhmədov deyib: ”Baxmaq lazımdır ki, bu nə dərəcədə büdcənin üzərinə yük qoya bilər”

Source:


Əli Əhmədov deyib: ”Baxmaq lazımdır ki, bu nə dərəcədə büdcənin üzərinə yük qoya bilər”

“Dərmanların əlavə dəyər vergisindən azad edilməsi təklifləri barədə düşünmək lazımdır. Təkliflər var, amma bu təkliflərin üzərində işlənilməlidir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib: “Baxmaq lazımdır ki, bu nə dərəcədə büdcənin üzərinə yük qoya bilər. Bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Bu hal büdcəyə xüsusi problem yaratmayacaqsa, müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir”.

Ana səhifəXəbərlərBaş nazirin müavini də dərmanların ƏDV-dən azad edilməsi haqda danışdı