Baş nazir karantin rejimi ilə bağlı qərarı imzalayıb

Bildirilib ki, göstərilən tarixdə Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabad, Yevlax və Abşeron rayonu üzrə xüsusi məhdudiyyətlər tətbiq olunacaq

Foto: Azertac


Avqustun 1-dək xüsusi karantin rejimi davam edəcək

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-nə qədər uzadılıb.

Baş naziri

Əli Əsədov

iyunun 19-da bununla bağlı qərarı imzalayıb.


İyunun 18-də

Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun-5 iyul tarixlərində sərt karantin rejimi olacağı barədə açıqlama verib.

Operativ Qərargah iyunun 21-dən iyulun 5-nə qədər ciddi karantin şərtlərinin tətbiq ediləcəyi elanını verib.

Bildirilib ki, göstərilən tarixdə Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabad, Yevlax və Abşeron rayonu üzrə xüsusi məhdudiyyətlər tətbiq olunacaq:

“İlk növbədə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxma qərara alınıb. Həmin dövrdə ticarət obyektləri, ictimai iaşə xidmətləri, bərbərxanalar, gözəllik salonları, muzeylər, sərgi salonları fəaliyyətini dayandıracaq. İyunun 1-dən olan bəzi məhdudiyyətlər də bu zaman çərçivəsində saxlanılır, yəni rayonlararası və şəhərlərarası nəqliyyat, tibbi xidmətlər istisna olmaqla idman-sağlamlıq xidmətləri, kinoteatrlar, hotellər bu sıraya daxildir. 65 yaş və daha yuxarı yaş qrupunda olan insanlara tövsiyə edirik ki, mümkün qədər ictimai yerlərdə olmasınlar. Bir daha deyirəm, evdən çıxma deyə qadağa yoxdur, sadəcə, tövsiyəmiz var”.

Azərbaycanda martın 28-də koronavirus (COVİD 19) pandemiyası səbəbindən xüsusi karantin rejimi gücləndirilib.

Aprelin 27-də isə karantin rejimi qismən yumşaldılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah 18 may tarixində isə karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verib. Həmin gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk etmək sistemi ləğv olunub.

Ana səhifəSosialBaş nazir karantin rejimi ilə bağlı qərarı imzalayıb