Baş nazir istefa verdi

Giorgi Kvirikaşvili

Giorgi Kvirikaşvili

''Komandada əhval-ruhiyyəni hiss edirəm və qərar qəbul edirəm''

Gürcüstanı Baş naziri Giorgi Kvirikaşvili vəzifəsindən ayrılır. Baş nazir bu barədə Hökumət Konqresində keçirilən mətbuat konfransında bildirib.

Baş naziri Georgi Kvirikaşvili:

“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım... Mən komanda oyunçusu olmuşam və oyunçusuyam. Bununla əlaqədar komandada əhval-ruhiyyəni hiss edirəm və qərar qəbul edirəm. Mənim durumumda hər bir komanda rəhbəri bu qərarı verərdi. Mən vəzifəmi tərk edirəm”.

Giorgi Kvirikaşvili 2015-ci ildən Baş nazir vəzifəsini daşıyırdı. Ölkə konstitusiyasına əsasən Baş nazirin istefasından sonra hökumətin səlahiyyətlərinə xitam verilir.

Mayın 31-dən Gürcüstan paytaxtı Tbilisidə iki gəncin ölümü ilə bağlı ədalətsiz məhkəmə araşdırmasına etiraz olaraq aksiyalar başlamışdı. Nəticədə respublikanın baş prokuroru istefa verdi.  

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/smjovg

Ən çox baxılan