”Komandada əhval-ruhiyyəni hiss edirəm və qərar qəbul edirəm”
Gürcüstanı Baş naziri
Giorgi Kvirikaşvili
vəzifəsindən ayrılır. Baş nazir bu barədə Hökumət Konqresində keçirilən mətbuat konfransında bildirib.
Baş naziri Georgi Kvirikaşvili:
“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım… Mən komanda oyunçusu olmuşam və oyunçusuyam. Bununla əlaqədar komandada əhval-ruhiyyəni hiss edirəm və qərar qəbul edirəm. Mənim durumumda hər bir komanda rəhbəri bu qərarı verərdi. Mən vəzifəmi tərk edirəm”.
Giorgi Kvirikaşvili 2015-ci ildən Baş nazir vəzifəsini daşıyırdı. Ölkə konstitusiyasına əsasən Baş nazirin istefasından sonra hökumətin səlahiyyətlərinə xitam verilir.
Mayın 31-dən Gürcüstan paytaxtı Tbilisidə iki gəncin ölümü ilə bağlı ədalətsiz məhkəmə araşdırmasına etiraz olaraq aksiyalar başlamışdı. Nəticədə respublikanın
baş prokuroru
istefa verdi.