Baş nazir: FETÖ məktəblərini bağladığı üçün İlham Əliyevə təşəkkür edirik

Binəli Yıldırım: “Bizim bu sahədə Azərbaycan ilə çox gözəl iş birliyimiz var”.

Source:
Binali Yıldırım
Binali Yıldırım


Binəli Yıldırım: “Bizim bu sahədə Azərbaycan ilə çox gözəl iş birliyimiz var”.

“Fətullahçı terror təşkilatına (FETÖ) qarşı ilk ən sərt reaksiya verən dost və qardaş Azərbaycan oldu. Bu ölkə indi təşkilatın bütün əlaqələrini bir-bir ortaya çıxarır, məktəblərini bağlayır”.

Bu fikirləri “Report”un Türkiyə bürosunun müxbirinə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

“Bizim bu sahədə Azərbaycan ilə çox gözəl iş birliyimiz var. Buna görə türk milləti adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir”, – deyə baş nazir vurğulayıb.

Ana səhifəXəbərlərBaş nazir: FETÖ məktəblərini bağladığı üçün İlham Əliyevə təşəkkür edirik