Baş məşqçi: İlham Əliyev Nicat Rəhimova 100 min manatlıq ev verib

“Onun yeniyetmələr arasında Olimpiya çempionu olandan sonra aldığı mükafat Qazaxıstanda aldığı vəsaitdən artıqdır”

Source:


“Onun yeniyetmələr arasında Olimpiya çempionu olandan sonra aldığı mükafat Qazaxıstanda aldığı vəsaitdən artıqdır”

“Nicat yeniyetmələr arasında Olimpiya çempionu olandan sonra ona verilən mükafat Qazaxıstanda böyüklər arasında çempion olandan sonra aldığı vəsaitdən artıqdır. Yadımdadır, o zaman ona 150 min manat, həmçinin 75 min manat, eləcə də prezident İlham Əliyev tərəfindən 100 min manat dəyərində mənzil verildi. Bu məbləğ o vaxtkı məzənnə ilə Qazaxıstanın indi vəd etdiyi 250 min dollardan artıqdır”.

Bunu Ağır atletika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov klubun rəsmi saytında dərc olunan müsahibəsində deyib.

Azərbaycanlı atlet Nicat Rəhimovun Olimpiya oyunlarında Qazaxıstan yığmasının heyyətində çıxış etməsinə gəlincə, T.Heydərov bildirib ki, Nicatın şəxsi məşqçisi, həm də atası Əli Rəhimovla yığma komandanın baş məşqçisi Zlatan Vanevlə dil tapmaması atletin Azərbaycandan getməsi ilə nəticələnib: “Belə hadisələrlə idmanda çox rastlaşırıq”.

O, qeyd edib ki, Azərbaycanda ağır atletikaya yaradılan şərait dünyanın heç bir ölkəsində yoxdur: “Nicatla birlikdə hazırlaşan, yaşca kiçik olan Firudin Quliyev, Elxan Əliquluzadə də güclü nəticələr əldə edə biliblər. Sadəcə, məşqçilərimizin səhvi ucbatından çətin vəziyyətə düşüblər. Həmin məşqçilər və günahkar şəxslər artıq federasiyadan uzaqlaşdırılıb”.

T.Heydərov bildirib ki, federasiya, nazirlik və klubları tərəfindən bu idman növünün inkişafına 100 mln manata yaxın vəsait ayrılıb.

“Açığı deyim ki, bu inkişaf bu gün bizə mane olur. Bizi istəməyən qüvvələr ağır atletikada düzgün inkişafı görüb süni yollarla qarşısını almağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Bizdə analoqu olmayan ağır atletika məktəbinin bünövrəsi var”, – deyə Heydərov bildirib.

Ana səhifəXəbərlərBaş məşqçi: İlham Əliyev Nicat Rəhimova 100 min manatlıq ev verib