Baş həkim xəstəxanada çəkiliş edən şəxsi polisə verib

Foto: Meydan TV-dən Screenshot

“Qardaşımı polisə çağırıb baş həkimdən üzr istəməsini tələb ediblər”

Yevlax Rayon Xəstəxanasının Baş həkimi səhiyyə müəssisəsinin tualetindən çəkiliş edən şəxslə bağlı polisə şikayət edib.

Qeyd olunub ki, həmin şəxs yerli polisə çağrılaraq izahat alınıb.

Daxili İşlər Nazirliyi (DİN) məlumatı təsdiqləyib.

“Qafqazinfo” yazdığına görə, özünü videonu çəkən şəxsin bacısı kimi təqdim edən şəxs sosial şəbəkədə yazıb ki, oktyabrın 11-də qardaşı Yevlax Rayon Polis Şöbəsinə çağırılıb və həkimdən üzr istəməsi tələb edilib: “Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər”.

DİN-nin Mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev həmin şəxsin dediklərini Meydan TV-yə təkzib edib.

O bildirib ki, rayon sakini rayon polis şöbəsinə çağrılaraq izahat alınıb: “Həmin adamın təzyiqə məruz qalması barədə deyilənlər uydurmadır. Nə telefonu alınıb, nə də pul tələb olunub. Ümumiyyətlə, belə şey olmayıb”.

“Hazırda işlə bağlı Yevlax Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir”, – deyə Elşad Hacıyev qeyd edib.

Ana səhifəXəbərlərBaş həkim xəstəxanada çəkiliş edən şəxsi polisə verib