Baş həkim rüşvət aldığı üçün həbs edilib

“Hüseyn Həsənov xəstələrdən 3190 manat rüşvət alıb”

Source:


“Hüseyn Həsənov xəstələrdən 3190 manat rüşvət alıb”

Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov həbs edilib. Məlumatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yayıb.

Səbəb Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsidir:

“Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə müraciət daxil olmuşdu. Məsələni araşdırdıq. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində baş həkim Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat rüşvət aldığı ortaya çıxıb”.

Məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Hüseyn Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərBaş həkim rüşvət aldığı üçün həbs edilib