”Bununla da texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobusların sərnişindaşımadan kənarlaşdırılması təmin ediləcək”
Bakıda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlanıb. APA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, bununla bağlı nəzərdə tutulan tədbirlər planına əsasən ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb: “Növbəti mərhələdə isə avtobusların təkrar emala göndərilməsi həyata keçiriləcək. Bununla da texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobusların sərnişindaşımadan kənarlaşdırılması təmin ediləcək”.