Avropa Birliyi rəsmisinə müraciət təqdim olunub və repressiyalardan danışılıb
İyunun 14-də günün ikinci yarısında Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Jose Manuel Barroso vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Görüşdə ifadə azadlığı da daxil olmaqla, fundamental azadlıqların vəziyyəti haqqında da danışılıb.
Meydan TV-yə görüş barədə açıqlama verən hüquq müdafiəçisi Leyla Yunus deyib ki, cənab Barrosoya Repressiyalara Qarşı Müqavimət Mərkəzi haqqında məlumat verilib, eyni zamanda qurumun müraciəti təqdim olunub.
Bundan əlavə görüşdə internet azadlığı sahəsindəki mövcud durumdan da ətraflı söhbət açılıb. Cənab Barroso fundamental azadlıqları diqqətdə saxladıqlarını, və insan haqlarına hörmət, demokratiya sahəsində islahatlar, vətəndaş cəmiyyətini rolunun artırılması məsələlərinin Avropa Birliyi üçün prioritet olduğunu deyib.
Leyla Yunusun təqdim etdiyi müraciətdə bildirilir:
ABŞ və Aİ diqqət mərkəzində olan Ukrayna hadisələri Əliyev avtoritar rejiminin AR ərazisində müstəqil KİV-lərin, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarınının tamamilə məhv edilməsinə şərait yaratdı.
12 İyun tarixinə azərbaycanda 130 siyasi repressiya qurbanı vardır ki, onlardan 40 nəfəri «vicdan məhbusu», 90 nəfəri isə siyasi məhbusdur.
Sülh və Demokratiya İnstitutunun tərtib etdiyi «Vicdan məhbus»ları siyahısına aşağıdakılar daxildir:
-11 Jurnalist və blogger, həmçinin «Xural»qəzetinin redaktoru Əvəz Zeynallı, Milli azlıqların dilində tərtib edilmiş yeganə «Talışi- Səda» qəzetinin redaktoru Hilal Məmmədov, Azərbaycanın əməkdar jurnalisti Herd Bitserius premiyası laureatı Rauf Mirqədirov, jurnalist Tofiq Yaqublu (onun qızı da hazırda məhkumdur) bloggerlər Rəşad Ramazanlı, Əbdül Əbilov və digəriləri
– 4 hüquq müdafiəçisi, həmçinin 9 Oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkiləri zamanı saxtalaşdırmaya dair ciddi sübutlar aşkarlamış(videohesabatlar da daxil olmaqla)Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi(SMDT) QHT-nin rəhbərlərindən olan Anar Məmmədli və Bəşir Süleymanlı
-Əksəriyyətinin təhsilini ABŞ, Aİ ölkələrindən birində almış olduğu 11 gənc fəal, həmçinin NİDA vətəndaş hərəkatının 8 üzvü. Onlar həbs və istintaq dövrü işgəncələrə və qeyri-insani davranışa məruz qalmışlar.
-2 müxalif düşərgənin 2 lideri: REAL hərəkatının lideri- İlqar Məmmədov və «Müsavat» partiyası başqanının müşaviri Yadigar Sadıqlı
-12 dindar, həmçinin məhşur ilahiyyatçı Taleh Bağırzadə
Repressiyalarla mübarizə mərkəzi tələb edir :
-Əliyev avtoritar rejiminin bütün siyasi repressiyalara məruz qalmış qurbanlarının dərhal azad edilməsini;
– Cinayət işlərinin saxtalaşdırılmasında və işgəncə proseslərində iştirak edən prokurorluq, DİN, MTN əməkdaşalrının cinayət məsuliyyətinə cəlb edilməsini;
– «Rütbəli cinayətkarların» açıq məhkəmə proseslərinin təşkil edilməsini;
– Siyasi motivli işlərdə saxtalaşdırmaya göz yuman hakimlərin və gələcəkdə hakim olacaq şəxslərin hakimlik korpusundan qovulmasını və gələcəkdə hakim rütbəsinə yiyəlnməsinin qarşısının alınması;
RMM Azərbaycan qanunvericiliyi və Beynəlxalq hüquq normalarını pozan hakimlər haqqında kifayət qədər məlumat bazasına malikdir.
SİZİN VƏ ÖZ AZADLIĞIMIZ NAMİNƏ !!!