Bakı şəhər Prokurorluğunun müstəntiqi bəraət istəyir
Bakı şəhər Prokurorluğunun dələduzluq və digər cinayətdə təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti üzrə ilkin baxış iclası yanvarın 31-də keçiriləcək. M.Abbasovun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq.
Səbayel Rayon Məhkəməsinin hökmü ilə M.Abbasov barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza
seçilib
.
Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi
başlanıb
.
M.Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Məhkəmə iclası zamanı isə o, ev dustaqlığına buraxılıb.
O, həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.