Ordu müvəqqəti hökumətin qurulacağını açıqlayıb
Banqladeşin Baş naziri Şeyx Hasina avqustun 5-də iş kvotalarına qarşı etirazlar kimi başlayan və onun devrilməsini tələb edən hərəkata çevrilən nümayişlərin dağıdılması zamanı yüzlərlə insanın öldürülməsindən sonra istefa verib və ölkəni tərk edib.
Başqa bir yerdə etirazçılar Hasinanın atası, dövlətin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlinin üstünə çıxıb, balta ilə başını kəsməyə çalışırlar.
Hasina 15 illik ikinci hakimiyyət dövrünü başa vurub.
Ordu rəisi general Vaker-Uz-Zaman televiziya ilə xalqa müraciətində Hasinanın istefasını elan edib və müvəqqəti hökumətin qurulacağını bildirib. O, əhalini sülhə çağırıb və həftələrdir davam edən iğtişaşlarda həlak olanlar üçün ədalət vəd edib.
Hindistanın ANI xəbər agentliyi 76 yaşlı Hasinanın Dehli yaxınlığındakı hərbi aerodromda eniş etdiyini bildirib. Xəbər təsdiqini tapmayıb. Yalnız iyunun 23-də ordu komandiri vəzifəsini icra edən 58 yaşlı Zaman deyib:
“Ölkə inqilabi bir dövr yaşayır. Sizdən ölkə ordusuna inanmağınızı xahiş edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm, ümidsizliyə qapılmayın”.
İş kvotalarına qarşı etirazlar kimi başlayan aksiyaların sonu Hasinanın devrilməsini tələb edən kampaniyaya çevrilib.
250-yə yaxın insanın öldürüldüyü və minlərlə insanın yaralandığı proses baş nazirin istefası və ölkəni tərk etməsi ilə nəticələnib.