”Bankların xarici öhdəliyi sürətlə azalır”

Rövşən Ağayev: ”Banklar ya mümkün qədər əvvəlki dövrdə götürdükləri xarici borc yükünü azaltmağa çalışırlar, ya da kredit reytinqinin pisləşməsi, real sektorun kreditlərə tələbatının kəskin azalması bankların xarici borclanma imkanlarını məhdudlaşdırıb”

Source:


Rövşən Ağayev: ”Banklar ya mümkün qədər əvvəlki dövrdə götürdükləri xarici borc yükünü azaltmağa çalışırlar, ya da kredit reytinqinin pisləşməsi, real sektorun kreditlərə tələbatının kəskin azalması bankların xarici borclanma imkanlarını məhdudlaşdırıb”

“Ötən ilin yanvarından – birinci devalvasiyaöncəsi dövrdən indiyədək Azərbaycanın bank sektorunun xarici aktivləri 1.9 milyard dollar (47.5%) artaraq 4 milyard dollardan 5.9 milyard dollara yüksəlib. Əvəzində bankların xarici öhdəlikləri 1.4 milyard dollar (22.3%) azalaraq 6.3 milyard dollardan 4.9 milyard dollara enib.

Bankların xarici aktivlərinə onların hesablarındakı xarici valyuta ilə nağd vəsaitlər, bankların xarici banklara olan hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər və s. daxildir”.

Bu məlumatı iqtisadçı Rövşən Ağayev öz Facebook səhifəsində yayıb. İqtisadçının verdiyi məlumata görə, bankların xarici öhdəliklərinə xaricdən aldıqları kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri və hesablardakı xarici valyuta ilə nağd qalıqları və s. (məsələn, qiymətli metallar formasında saxlancları) daxildir:

“Bu statistikada diqqətçəkən bir məqam var: son 2-3 ayda xarici valyutaların orta hesabla 7-8% ucuzlaşdığı dövrdə bankların xarici valyuta aktivlərini artırması manat ekvivalentində onlar üçün itki deməkdir. Belə şəraitdə bank sektorunun xarici aktivlərində ən azından kəskin artımı (48%) maraqlı görünür.

Birinci devalvasiyadan əvvəl banklarımızın xarici öhdəlikləri xarici aktivlərindən 2.5 milyard dollar çox idi. İndi isə əksinə aktivlər öhdəlikırdən 1.3 milyard dollar çoxdu.

Xarici öhdəliklərin sürətlə azalmasının isə 2 mümkün səbəbi ola bilər: Birinci, banklar mümkün qədər əvvəlki dövrdə götürdükləri xarici borc yükünü azaltmağa çalışırlar; İkinci, kredit reytinqinin pisləşməsi, real sektorun kreditlərə tələbatının kəskin azalması bankların xarici borclanma imkanlarını məhdudlaşdırıb”.

Ana səhifəXəbərlər”Bankların xarici öhdəliyi sürətlə azalır”