Bankların xarici öhdəlikləri artıb

Rövşən Ağayev: “Bu öhdəliklərin həcmi manat ekvivalentində 2.5 milyard manat və ya 50 faizədək artıb – 4.9 milyard manatdan 7.5 milyard manata yüksəlib”

Source:

Rövşən Ağayev: “Bu öhdəliklərin həcmi manat ekvivalentində 2.5 milyard manat və ya 50 faizədək artıb – 4.9 milyard manatdan 7.5 milyard manata yüksəlib”

“Devalvasiya bank sektorunun xarici öhdəliklərini əhəmiyyətli dərəcədə artırıb. Yanvarın sonundan fevralın sonunadək olan zaman intervalında bankların xarici öhdəliklərinin həcmi manat ekvivalentində 2.5 milyard manat və ya 50 faizədək artıb – 4.9 milyard manatdan 7.5 milyard manata yüksəlib”.

Bunu iqtisadçı Rövşən Ağayev öz Facebook səhifəsində yazıb.

“Qiymətləndirmələr göstərir ki, bu artımın təxminən 800 milyon manatlıq hissəsi yeni öhdəliklərin yaranması, yerdə qalan hissəsi isə manatın ucuzlaşması nəticəsində valyuta ilə öhdəliklərin milli valyuta ekvivalentində genişlənməsi ilə bağlıdır.

Amma hiss olunur ki, banklar devalvasiyanın mənfi nəticələrindən qorunmaq üçün kredit portfelinin valyuta strukturunu xeyli çevik şəkildə dəyişə biliblər. Yanvarın sonuna nisbətən fevralın yekununda valyuta kreditlərinin kredit portfelində payı 27 faizdən 40.5 faizə yüksəlib” – deyə iqtisadşı qeyd edib.

Onun sözlərinə görə, manatın ucuzlaşması ilə bağlı qərar banklar üçün təxminən 1.7 milyard manat həcmində izafi xarici öhdəlik formalaşdırıb: “Valyuta kreditlərinin artımı bu xərclərin artımının xeyli hissəsini kompensasiya eləsə də, depozitlərin dollarlaşmasının kredit portfelinin dollarlaşmasından daha üstün sürətlə artması, istənilən halda bankları izafi xərc yükü altında saxlayır. Bank sektoru ağır sınaq dövrü keçir”.

Ana səhifəXəbərlərBankların xarici öhdəlikləri artıb