Bankların Mərkəzi Banka borcu kəskin artıb

Azərbaycan Mərkəzi Bankı son 4 iş günündə ölkədəki kommersiya banklarına ümumilikdə 241 milyon dolları satıb

Source:


Azərbaycan Mərkəzi Bankı son 4 iş günündə ölkədəki kommersiya banklarına ümumilikdə 241 milyon dolları satıb

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı tələblərinin 8,2 faizi və ya 317,544 mln. manatı cəmi 7 bankın payına düşür. “Report”un bankların hesabatına istinadən verdiyi xəbərə görə, bu, “Bank of Baku”, “Bank VTB (Azerbaijan)”, “Kapital Bank”, “Qafqaz İnkişaf Bankı”, “Turanbank”, “Silk Way Bank” ASC və “Accessbank” QSC-dir.

Bankların balans hesabatlarına əsasən, cari il oktyabrın 1-nə AMB-nın “Bank of Baku”ya qarşı tələbləri 40 mln. manat, “Bank VTB(Azerbaijan)” üzrə 10 mln. manat, “Kapital Bank”da 103,7 mln. manat, “Qafqaz İnkişaf Bankı”nda 60 mln. manat, “Turanbank”da 63 mln. manat, “Accessbank”da 10 mln. manat, “Silk Way Bank”da 31 mln. manat təşkil edib.

Mərkəzi Bankın “Paşabank” , “AFB Bank”, “Azərbaycan Sənaye Bank” ASC-yə qarşı isə tələbi yoxdur.

Mərkəzi Bankın hesabatına istinadən, 2015-ci il oktyabrın 1-nə AMB-nin banklara məcmu tələbləri 3 859,6 mln. manat təşkil edib. Bu da öz növbəsində ilin əvvəli ilə müqayisədə 2,6 dəfə, martın 1-i ilə (devalvasiyadan sonra) müqayisədə isə 2 dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankı (AMB) son 4 iş günündə ölkədəki kommersiya banklarına ümumilikdə 241 mln. ABŞ dolları satıb.

“Report”un analitik qrupu qeyd edir ki, ötən həftənin cümə günü AMB 49 mln. dolllar, bu həftənin çərşənbə axşamı günü 94 mln. dollar (bazar ertəsi qeyri-iş günü olub), çərşənbə günü 37 mln. dollar, dünən, cümə axşamı isə 61 mln. dollar həcmində satış həyata keçirilib. Satışın artmasının əsas səbəbi kimi dünya bazarında dolların mövqelərinin möhkəmlənməsi prosesinin davam etməsi ehtimalları və neftin qiymətinin yenidən azalmağa başlaması amilləri sadalanır.

Dekabr ayında ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının güclənməsi dollara olan tələbi artırıb. Ekspertlər dollar/avro məzənnəsinin ilin sonuna qədər paritetə çatacağını proqnozlaşdırırlar. Neftin qiyməti isə Çin iqtisadiyyatının zəifləməsi və İran neftinin bazara daxil olması gözləntiləri səbəbindən sürətlə azalmağa davam edir. Hazırda “Brent” markalı neftin qiyməti 44 dollar/barelə yaxınlaşıb. Belə davam edərsə, “Brent”in qiyməti yenidən 2008-ci ildəki 36 dollar/barel həddinə qayıdacaq.

Ana səhifəXəbərlərBankların Mərkəzi Banka borcu kəskin artıb