Bankların əhaliyə verdiyi kreditlər azalıb

“Banklardakı əmanətlərinin həcmi isə 6 mlrd. 880.7 mln. manat olub”

Source:
Maliyyə Bazarlarına Nəzarət Palatası
Maliyyə Bazarlarına Nəzarət Palatası


“Banklardakı əmanətlərinin həcmi isə 6 mlrd. 880.7 mln. manat olub”

2017-ci ilin iyununda ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hesabatında bildirilir.

Hesabata görə, iyulun 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 13 mlrd. 462.1 mln. manat olub. Bu da mayla müqayisədə 916.5 mln. manat və ya 6.37 faiz azdır.

İlin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 2 mlrd. 476.2 mln. manat və ya 15.54 faiz azalıb.

Eyni zamanda, 2017-ci ilin iyul ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 687.2 mln. manat olub.

Hesabata görə, iyunda ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği yüksəlib. Mayla müqayisədə iyunda banklardakı depozitlərin məbləği 35.9 mln. manat və ya 0.22 faiz artıb.

May ayı ilə müqayisədə iyunda əhalinin banklardakı əmanətlərinin həcmi də çoxalıb. Artım 60.6 mln. manat və ya 0.89 faizdir. İyul ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 880.7 mln. manat təşkil edir.

Ümumilikdə isə, bu ilin əvvəlindən əhalinin əmanətləri 551.4 mln. manat və ya 7.42 faiz azalıb.

Ana səhifəXəbərlərBankların əhaliyə verdiyi kreditlər azalıb