Satış 11.7 faiz enib
2017-ci ilin yanvarında Azərbaycanda banklar 121.52 milyon dollar satıblar.
Məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında qeyd olunub.
Bildirilir ki, əvvəlki aylarla müqayisədə dollar satışı 11.7 faiz, 2016-cı ilin yanvarına baxanda isə 3.2 dəfə azalıb.
Yanvarda banklar 58.24 milyon dollar alıb. Bu göstərici də 2016-cı ilin dekabrından 2 dəfə, ötən ilin yanvarından isə 3.8 dəfə azdır.