Qanun layihəsi müzakirəyə çıxarılır
“Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq.
Bununla bağlı qanun dəyişikliyi layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq. Qəbul ediləcəyi halda, qanunun qüvvədə olma müddətin 5 aprel 2021-ci il tarixinə qədər uzadılacaq.
Manatın 2015-ci ildə iki dəfə devalvasiyasından sonra əhalinin banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq məqsədilə 4 mart 2016-cı ildə 3 il müddətinə qəbul edilən “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 2019-cu il martın 4-də 1 il, 2020-ci il martın 13-də isə daha 9 ay uzadıb.