Banklardakı əmanətlər 3 illik gəlir vergisindən azad olunub

Məməmməd Talıblı: ”Sərəncamın məqsədi ölkənin ”qan-damar” sisteminə ələvə vəsait cəlb etməyi təşviq etməkdir”

Source:
Məhəmməd Talıblı
Məhəmməd Talıblı


Məməmməd Talıblı: ”Sərəncamın məqsədi ölkənin ”qan-damar” sisteminə ələvə vəsait cəlb etməyi təşviq etməkdir”

Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb. Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunur.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

Sərəncamı Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Digər tərəfdən isə ölkəyə valyuta daxilolmaları da əvvəlki səviyyədən aşağı enir. Çünki ixracatda 94 faizlik neft və neft məhsullarının dünya bazarında qiyməti aşağı düşdükcə ölkəyə dollarla daxilolma kanalları daralır. Belə bir vəziyyətdə ölkədə həm dolllar qıtlığı yaranır, digər tərəfdən isə dollara tələb artır. Həmin tələbi təmin edəcək dollar təklifi isə demək olar ki, yox səviyyəsindədir. Banklar əsas funksiyası ki, iqtisadiyyat üçün pul yaratmaq olduğunu nəzərə alanda, məlum olur ki, bankların kredit portfeli azalıb və ya yox səviyyəsinə düşüb. Eyni zamanda, hətta yüksək faizlə belə əmanət cəlbi də öz effektini vermir. Paradoksal vəziyyət yaranıb: valyuta bazarında həm dollar qıtlığı yaşanır, həm də manatla əməliyyatlar azalıb. Belə bir vəziyyətdə əmanətlərin qəbulu üçün banklar əvvəllər 8 faiz təklif edirdilərsə, indi hazırda bu səviyyə 13 faizəə qədər yüksəlib. Bu da effekt vermir. İndi daha bir addımla banklara əmanət cəlbini stimullaşdırmaq üçün onları 3 il ərzində vergilərdən azad etməyi nəzərdə tutur: “Amma mənim qənaətim elədir ki, ölkə iqtisadiyyatında hərarət xeyli aşağı düşübsə, bu zaman valyuta bazarında, xüsusilə monetar sferada pozitiv dəyişikləri gözləmək sadəlövhlük olardı”.

Ana səhifəXəbərlərBanklardakı əmanətlər 3 illik gəlir vergisindən azad olunub