Banklar vətəndaşların dollar hesablarını bloklayır

“Əhalini hərifləyib, pullarını cəlbetmək istəyirlər”

Source:


“Əhalini hərifləyib, pullarını cəlbetmək istəyirlər”

Son günlər vətəndaşların banklarla bağlı müxtəlif problemləri yaranmağa başlayıb. Ötən həftə sosial şəbəkələrdə bir video da yayıldı. Hadisə Gəncədə baş vermişdi. Vətəndaşa xaricdən dollarla pul gəlib. Bank işçisi israr edir ki, “gəl, sənə o pulun manat qarışılığını ödəyim”. Vətəndaş isə razılaşmır. Nəticədə, mübahisə yaranır.


“Kartdan da istifadə etmək olmursa, biz tələbələr nə edək?”

Sonuncu devalivasiyadan sonra xaricdə təhsil alan azərbaycanlı tələbələrin də banklarla bağlı problemləri yaranıb. Bu barədə Meydan TV-yə şikayət edən Elmir Misirzadə yazır:

“Mən Xarkovda təhsil alıram. Eşitdiyim qədərilə, bu problem tək məndə deyil. Artıq 4 gündür ki, bank kartımdan pul çıxara bilmirəm. Nə də ki, ödəniş emək olmur. Deyilənə görə, belə vəziyyət Mərkəzi Bankın göstərişilə yaranıb. Onsuz da Bakıdan pul göndərmək olmur, dollar istəyirlər. İndi kartdan da istifadə etmək olmursa, biz tələbələr nə edək?”

Vətəndaş dollar hesabına manatla pul qoya bilmir. Bank manat qəbul etmir, dollar tələb edir. Dollarla qoyulan pulu isə bank bloklayır.


Buna səbəb nədir?

Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyir ki, ümumən səbəb bəllidir – bankların xarici valyutası çox azdır. Mərkəzi Bank da onların xarici valyutaya olan tələbatını çox az qismdə ödəyir: “Faktiki olaraq, bu, o deməkdir ki, Mərkəzi Bank elan etdiyi məzənnə ilə dollar və avro satmaq istəmir. Çünki olan-qalan valyuta ehtiyatını da itirməyə qorxur. Başqa sözlə, manatın real məzənnəsi Mərkəzi Bankın elan etdiyindən xeyli aşağıdır. Elə məhz buna görə qara bazarda dollar daha baha satılır”.

Mövcud problemdə, bu, özünü necə göstərir?

“Vətəndaş banka gəlir və deyir ki, götürün bu 1633 manatı və oğlumun dollardakı kart hesasına1000 dollar kimi yerləşdirin. Xatırladıram ki, hazırda dolların rəsmi məzənnəsi 1,5706 manatdır. Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi 4 faizlik limiti nəzərə alaraq, banklar dolları maksimum 1,633 məzənnə ilə sata bilər. Məhz buna görə formal olaraq bank 1633 manatın müqabilində 1000 dolları kart hesabına yerləşdirməlidir. Lakin dolları olmadığı üçün bank bundan imtina edir və faktiki olaraq müştəri ilə bağladığı müqavilənin şərtlərini pozur. Deyir: “Get, 1000 dollar gətir”. Vətəndaş məcbur olur gedir 1000 dollar tapır (ya qara bazarda, ya da “AzərTürkBank”da saatlarla növbədə gözləyəndən sonra) və banka gətirir. Bank təbii bu pulu qəbule dir. Amma böyük ehtimalla ya hesaba otuzdurmur, otuzdursa belə, kartı bloka salır və bununla da bu dəfə müqavilə şərtləri və qanunvericiliyi kobud şəkildə pozur”, – deyir Əkrəm Həsənov.


“Bankirlərin indi bir məqsədi var: mümkün qədər pul toplayıb aradan çıxmaq”

“Əldə etdiyi dolları başqa məqsədlər üçün istifadə edir”, – deyir hüquqşünas:

“Yəqin bütün banklar belə etmir. Amma get-gedə belə qanunsuzluq edən bankların sayı artacaq. Son günlər dəfələrlə proqnoz etdiyim vəziyyət artıq qismən və hələlik kiçik miqyasda reallaşır: banklar maksimal olaraq əhalini hərifləyib pullarını cəlb etmək istəyir. Çünki əksər bankirlərin indi yalnız bir məqsədi var: mümkün qədər pul toplayıb aradan çıxmaq. Amma mən sözün düzü bunun belə tez və belə xırda dələduzluq səviyyəsində gözləmirdim. Yəqin ki, hələlik bunu nisbətən kiçik və çox ağır vəziyyətdə olan banklar edir. İri bankirlər isə yəqin hələlik buna getməz, çünki əks halda daha iri məbləğlər cəlb edə bilməzlər”.


Mərkəzi Bank münasibət bildirmək istəmir

Məsələyə münasibət öyrənmək üçün Mərkəzi Bankın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətindən qaynar xəttə (daxili nömrə- 387) zəng etməyimiz məsləhət görüldü:

“Problemi 387-yə danışın. Onlar araşdırıb məsələni həll etsinlər”.

“Qaynar xətt”dən isə telefonun dəstəyini qaldırna yoxdur. Səbəbini adının açıqlanmasını istəməyən Mərkəzi Bank əməkdaşı Meydan TV-yə belə açıqlayıb: “Zəng edib söyən çoxdur, ona görə də cavab verilmir”.

Ana səhifəXəbərlərBanklar vətəndaşların dollar hesablarını bloklayır