Banklar qeyri-iş günü işləyəcəklər

Source:


Sentyabrın 30-u ödəniş sistemləri üzrə yeni əməliyyat günü hesab ediləcək

Sentyabrın 30-u Azərbaycanda banklara rəsmi iş günü elan edildiyi bildirilir. Deyilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına bununla bağlı məktub göndərib.

APA yazır ki, məktubu Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev imzalayıb.

Məktubda 2017-ci il sentyabrın 30-da bank sistemindən ötrü rəsmi iş günü elan edildiyi bildirilir. Sentyabrın 30-u ödəniş sistemləri üzrə yeni əməliyyat günü hesab ediləcək.

Məktubda qərarın məqsədinə də aydınlıq gətirildiyi bildirilir. Vurğulanır ki, sentyabrın 30-u banklarda iş günü olması dövlət büdcəsinə daxilolmaların, xərclərin kütləviliyi və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zərurətindən irəli gəlir.

Bu, eyni zamanda ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə izah edilir.

Xəbəri sosial şəbəkələrdə müzakirə edən insanlar qeyri-iş günü bankların işləməsini növbəti devalvasiya ilə əlaqələndirirlər.

İqtisadçı Natiq Cəfərli deyir ki, MB nəzərə almalı idi ki, bu məktub mütləq internetə düşəcək, panika havası və suallar yaradacaq:

Natiq Cəfərli

“Bunu hesablaya bilməyiblərsə, deməli, MB-ın rəhbərliyinin addımları çox köhnədir. Bu hadisə bir daha onu göstərdi ki, dövlət və hökumət orqanlarının cəmiyyətlə əlaqəsi sıfırdır. Ya saymırlar, ya da bunun önəmini anlamırlar”.

İqtisadçı sabah ciddi bir addımların olmasına inanmır: “Bir gecədə, ya bir gündə manatı yenidən “öldürməyə” indi ortam və lüzum yoxdur. Mərkəzi Bank 1-ci günə olan məzənnəni də açıqladı. Heç bir dəyişiklik yoxdur”.

Ana səhifəXəbərlərBanklar qeyri-iş günü işləyəcəklər