Banklar məhdud həcmdə dollar satışına başlayıblar

Ekspertlər baş verənləri valyuta qıtlığının artması ilə əlaqələndirirlər

Source:

Ekspertlər baş verənləri valyuta qıtlığının artması ilə əlaqələndirirlər

Avqustun 24-də Mərkəzi Bank dolların məzənnəsini elan etdikdən sonra bəzi banklar məhdud həcmdə dollar satışına  başlayıblar.

“Turan” İA-nın məlumatına görə, bankdan asılı olaraq bir ələ  1 mindən   5 minədək həcmdə dollar satışı ilə bağlı limit müəyyən edilib. Lakin valyuta tez qurtarır.

Ekspertlər baş verənləri valyuta qıtlığının artması ilə əlaqələndirirlər. AMB-nin məlumatına görə, iyulda valyuta ehtiyatları 18,7 mln. dollar azalıb.

Fevral devalvasiyasndan sonra martdan iyula qədər AMB-nin valyuta ehtiyatları

11 mlrd. 4,4 mln.-dan  8 mlrd. 501,5 mln. dollaradək azalıb.

2014-cü il iyulun 31-i üçün AMB-nin valyuta ehtiyatları 15 mlrd. 193.4 mln. dollar ekvivalentində olub. İllik zaman kəsiyində AMB-nin valyuta ehtiyatları 6 mlrd. 691,9 mln. dollar tükənib.

Ana səhifəXəbərlərBanklar məhdud həcmdə dollar satışına başlayıblar