“Banklar devalvasiyanın sonunu görmürlər”
Noyabrın 15-də kommersiya bankları müştərilərinə mesaj göndərib. Mesajda noyabrın 15-dən plastik kartla keçirilən konvertasiya əməliyyatlarına Mərkəzi Bank məzənnəsinə əlavə 4 faiz komissiya tətbiq ediləcəyi deyilir.
Bankların müştərilərinə mesajını Meydan TV-yə şərh edən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bankların 4 faiz fərqiylə konvertasiya aparması qanunvericiliyə uyğundur. Ancaq məlumatda fikir düzgün ifadə edilməyib. Gərək, bank məlumatında qeyd edərdi ki, filan gündən etibarən plastik kartlarla aparılan əməliyyatlarda onların məzənnəsi Mərkəzi Bankın məzənnəsindən 4 faiz fərqlənəcək: “Bu kimi hallar bankların devalvasiyanın sonunu görmədiklərinin göstəricisidir. Ona görə də devalvasiyadan itkiyə məruz qalmamaq və artıq pul qazanmaq əzmindədirlər”.