Azərbaycan Banklar Assosiasiyası

Mənbə: arxiv

Başlıq: Azərbaycan Banklar Assosiasiyası

Banklar döyüşən hərbçilərin və müharibədə həyatını itirən vətəndaşların kreditini silir

ABA üzvü olan banklar qərar qəbul edib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvü olan banklar Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə həlak olan hərbçilərin və müharibəyə görə həyatını itirən mülki vətəndaşların banklara olan borcları ilə bağlı qərar qəbul edib.

Qurumun məlumatında deyilir:

- Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə və müharibəyə görə həyatını itirən Azərbaycan hərbçilərinin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

- Ermənistan ordusunun təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşların banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

- Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə həyatını itirən bank əməkdaşlarının ailələrinə onun bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;

- Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tmesq3

Ən çox baxılan