Banklar depozitlərin 0,5 faizini ehtiyata yönəldəcək

“Bu addım banklara təxminən 200 milyon manatdan çox likvidlik verəcək”

Source:


“Bu addım banklara təxminən 200 milyon manatdan çox likvidlik verəcək”

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların bütün depozitləri üzrə məcburi ehtiyat normasını 4 dəfə azaldıb.

Trend-in məlumatına görə, Elman Rüstəmov məcburi ehtiyatların norması, hesablanması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib.

Nəticədə depozitlər üzrə məcburi ehtiyatların norması 2 faizdən 0,5 faizədək endirilib.

Mərkəzi Bankın qərarını Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, “Məcburi ehtiyat normasının hesablanması və formalaşdırılması qaydaları”na edilmiş dəyişikliyə əsasən, məcburi ehtiyat norması 2 faizdən 0,5 faizə salınıb. Bundan sonra banklar həm əhalidən, həm hüquqi şəxslərdən, həm beynəlxalq tşkilatlardan cəlb etdikləri depozitlərin 0,5 faizni ehtiyata yönəldəcəklər. Bu addım banklara təxminən 200 milyon manatdan çox likvidlik verəcək. Həmin vəsaitlər banklara kredit qoyuluşunu artırmaq üçün əlavə imkan verir. Mərkəzi Bankın bu addımı həmçinin kredit faizlərinin, xüsusən də manatla olan kreditlərin faiz dərəcələrinin artmasına bir müddət imkan verməmək məqsədi daşıyır.

Ana səhifəXəbərlərBanklar depozitlərin 0,5 faizini ehtiyata yönəldəcək