“Banklar bank sirrini pozur”

Əkrəm Həsənovun fikrincə, banklar ciddi qanun pozuntusuna yol verir

Source:


Əkrəm Həsənovun fikrincə, banklar ciddi qanun pozuntusuna yol verir

“Banklar bank sirrini pozurlar”. Bunu bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyir. Bu barədə öz Facebook səhifəsində yazan ekspert deyir ki, borclular artıq banklardan Konstitusiya Məhkəməsinin qərarına əsasən əhəmiyyətli güzəşt tələb etməyə başlayıblar: “Eyni zamanda kredit müqavilələrində bir sıra qanun pozuntusuna yol verildiyi barədə banklara etirazlarını da bildirirlər. Banklar bunların heç birinə qarşı hüquqi arqument gətirə bilmir (bilməyəcəklər də!). Bəs nə edirlər? Əvəzində banklar təzyiq aləti kimi borcluların iş yerlərinə müraciət edirlər ki, işçinizə təsir edin, krediti qaytarsın (yəni güzəşt tələb etməsin, qanun pozuntularına göz yumsun). Məsələnin mənəvi tərəfinə toxunmuram. Mənasızdır onsuz da! Əsas odur ki, bankların bu əməli ciddi qanun pozuntusudur! Konkret olaraq “Bank sirri” adlanan Mülki Məcəllənin 967-ci və “Banklar haqqında” Qanunun 41-ci maddələri pozulur. Yəni banklar qanunsuz olaraq bank sirrini yayırlar”.

Əkrəm Həsənov deyir ki, kreditlər müştərinin bank hesabı vasitəsilə verilir. Sözügedən maddələrə əsasən isə bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Bu məlumatlar yalnız müştərinin özünə və ya müvafiq hallarda aidiyyəti dövlət orqanlarına verilə bilər:

“Buna görə də banklardan şikayət edərkən, o cümlədən məhkəmə prosesi əsnasında bu pozuntunu da qeyd etmək lazımdır.

Ümumən isə bankların belə alətlərə əl atması borcluları ruhlandırmalıdır. Dediyim kimidir hər şey: onlar sizdən qorxmalıdır və qorxurlar da! Çünki qanunu, ilk növbədə, pozan onlardır, siz yox”.

Ana səhifəXəbərlər“Banklar bank sirrini pozur”