Bank sektorunun mənfəəti 52,4 faiz azalıb

“İlk 6 ayda bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln manat olub”

Manat
Manat


“İlk 6 ayda bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln manat olub”

2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata görə, mayla müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat və ya 52,4 faiz azalıb.

İlin 6 ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln., faiz xərcləri isə 482,7 mln. manat olub.

Hesabat dövründə banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.

Ana səhifəXəbərlərBank sektorunun mənfəəti 52,4 faiz azalıb