Bank sektorunda 1000 nəfər ixtisar edilib

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycanın bank sektorunda işçilərin ixtisarının davam edəcəyini bildirir

Source:

“İlin əvvəli ilə müqayisədə noyabrın 1-ə bankların müştərilərinin sayı 582452 nəfər artıb, amma bu ilin ikinci yarısından bank sektorunda başlayan ixtisarlara görə 1000 nəfərədək işçi işi ilə vidalaşıb. Hazırda banklarda çalışanların ümumi sayı 21.500 nəfər təşkil edir. Gələn ildən işçilərin siyahı sayında azalmanın daha üstün templə davam edəcəyi gözlənilir”.

Bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu şəxsi Facebook səhifəsində yazıb. O, bank sektorunda baş verən ixtisarları bankların kredit qoyuluşlarının azalmasının tendensiya xarakteri alması ilə bağlayıb: ” Bu, yalnız iqtisadiyyatda işgüzar fəallığın azalması ilə deyil, həmçinin kredit faizlərinin hələ də yüksək olması ilə əlaqədardır. Bütün bu proseslərin nəticəsində bank fəaliyyətinin maliyyə nəticələri pisləşməkdə, həm zərərlə işləyən bankların və həm də zərərin məbləği artmaqdadır. Bu tendensiya növbəti ildə bank sektorunda böhran hallarına gətirib çıxara və iş yerlərinin daha çox ixtisarını şərtləndirə bilər. Odur ki, Mərkəzi Bank növbəti ilin pul-kredit siyasətinin əsas istiqaməltlərində bankların sağlamlaşdırılması və onların karpitalının təmərküzləşdirilməsi siyasətini davam etdirməlidir”- deyə iqtisadçı təklif verib.

Ana səhifəXəbərlərBank sektorunda 1000 nəfər ixtisar edilib