Bank şəhid ailəsinin borcunu sildi

Bank of Baku: “Bankın əməkdaşının davranışına gəldikdə isə, bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcək”

Source:


Bank of Baku: “Bankın əməkdaşının davranışına gəldikdə isə, bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcək”

“Bank of Baku” aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin kredit borcunu silib. Bu barədə AzNews.az-a bankdan məlumat verilib.

İyulun 12-də S.Baxışovun atası Qulamhüseyn Baxışov “Bank of Baku” tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi: “Kreditimizi hər ay ödəyirdik. Aprel ayında oğlum şəhid oldu. O vaxtdan sonra işləmədiyim üçün krediti ödəyə bilmirəm. Devalvasiyadan sonra götürdüyüm məbləğ təxminən 3000 manat olub. Onlar da mənə zəng edib, hədə-qorxu gəlirlər. Deyirəm ki, oğlum şəhid olub, maddi durumumuz çətinləşib, ona görə götürdüyümüz krediti qaytara bilmirik. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki… Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin”. Deyirlər ki, pulu ödəməsəniz, sizin haqqınızda hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Bəs mənim uşağım kimə görə şəhid olub?”

Bankdan bildirilib ki, S.Baxışovun şəhid olması haqqında xəbəri əldə etdikdən sonra onun “Bank of Baku”da olan bütün kredit öhdəlikləri tamamilə silinib və borcunun bağışlanmasına dair məlumat ailəsinə təqdim olunub. Şəhidimiz Seymur Baxışovun anası Zenfira Baxışovanın bankımızda olan kreditlərinin bağışlanması barədə qərar qəbul olunub və tez bir zamanda icra olunacaq. Məlumat üçün bildirək ki, şəhidimizin atası Qulamhüseyn Baxışovun da Bankda olan kredit öhdəlikləri üzrə güzəştli şərtlər tətbiq edilib və tamamilə bağlanmasına bank tərəfindən dəstək göstərilib.


Bankın əməkdaşının davranışına gəldikdə isə, bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcək”.

Bankdan verilən məlumatda qeyd olunur ki, Seymur Baxışovla yanaşı digər şəhid Müşviq Orucovun anasının da kredit borcu silinib: “Bankın daimi müştəriləri sırasında olması xəbərini əldə etdikdən sonra, onun da kredit borcu Bank of Baku tərəfindən bağışlanıb”.

“Bank of Baku” bəyan edib ki, 4 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirən və itkin düşən 11 nəfər nefçinin və aprel döyüşlərində şəhid olan əsgərlərin Bank of Baku-da mövcud olan bütün kredit borcları bankın rəhbərliyinin qərarı ilə bağışlanıb.

Ana səhifəXəbərlərBank şəhid ailəsinin borcunu sildi