”Bank of Baku”nun kapitalı iki dəfə azalıb

2016-cı ilin birinci yarısında bank 200 min manat ziyanla işləyib

Source:


2016-cı ilin birinci yarısında bank 200 min manat ziyanla işləyib

Son 12 ayda “Bank of Baku” ASC-nin kapitalı iki dəfə azalıb və iyulun əvvəli üçün 64.7 mln manat olub. Bu haqda “Turan” agentliyi yazıb.

Bank gəlirləri üzrə detallı hesabat açıqlamır. Amma balans hesabatından görünür ki, 2016-cı ilin birinci yarısında bank 200 min manat ziyanla işləyib. Halbuki, 2015-ci ilin eyni dövründə bankın bölünməmiş mənfəəti 47 mln manatdan çox idi.

İllik hesablamada “Bank of Baku”nun altivləri dörddə bir azalaraq iyulun əvvəli üçün 587.3 mln manat təşkil edib. Kredit portfeli 213 mln manat azalaraq 327 mln manata düşüb.

Müştəri depoziti 132 mln manat azalaraq 306 mln manat təşkil edir.

“Bank of Baku” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 52,8 mln manatdır. Bankın səhmdarları “NAB Holding” (Türkiyə) – 35%, “Azpetrol Neft Şirketi” – 28,89%, Hikmət İsmayılov – 31,11% və Elçin İsayevdir – 5%.

2015-c ildə Hikmət İsmayılov payını “NAB Holding” (5%) və Elçin İsayevdən səhm almaqla (5%) 10% artırıb.

Ana səhifəXəbərlər”Bank of Baku”nun kapitalı iki dəfə azalıb