”Bank of Baku”nun aktivləri 6,4 faiz azalıb

Bankın pul vəsaitləri ilin əvvəlindən 2 mln 114 min manat artaraq 114 mln 358 min manata çatıb

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Bankın pul vəsaitləri ilin əvvəlindən 2 mln 114 min manat artaraq 114 mln 358 min manata çatıb

“Bank of Baku”nun aktivləri bu ilin III rübündə II rübə nisbətən 6,4 faiz (37 mln 844,54 min manat) azalaraq 549 mln 542,43 min manat olub. Bu barədə bankın hesabatında deyilir.

“Turan”ın məlumatına görə, bankın öhdəlikləri 4,5 faiz (23 mln 664,74 min manat) azalaraq 498 mln 990,24 min manat olub. “Bank of Baku”nun kapitalı 14 mln 179,79 min manat (21,9 faiz) azalaraq 50 mln 552,19 min manat olub.

Bankın pul vəsaitləri ilin əvvəlindən 2 mln 114 min manat artaraq 114 mln 358 min manata çatıb.

Ana səhifəXəbərlər”Bank of Baku”nun aktivləri 6,4 faiz azalıb