”Bank of Azerbaijan”ın lisenziyası ləğv edilib

Səbəb kreditorları qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib

Source:

Səbəb kreditorları qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bank bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə

Ana səhifəXəbərlər”Bank of Azerbaijan”ın lisenziyası ləğv edilib