Bank hüquqşünasdan 30 min manat təzminat istəyir

”Nukoyl Bank”la Əkrəm Həsənovun məhkəmə çəkişməsi başladı

Source:
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli


”Nukoyl Bank”la Əkrəm Həsənovun məhkəmə çəkişməsi başladı

Sentyabrın 19-da Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə “Nikoyl Bank”ın hüquqşünas Əkrəm Həsənova və aznews.az portalına qarşı iddiası üzrə ilk baxış iclası olub.

Bu barədə məlumatı Əkrəm Həsənov öz “Facebook” səhifəsində yayıb. Hüquqşünasın sözlərinə görə, iddia 1 il əvvəl verilib. Ötən il ərzində işə hansı məhkəmədə baxılması üzrə çəkişmə gedib. “Nikoyl Bank”işə Yasamal rayon Məhkəməsinin hakimi Zəfər Quliyev tərəfindən baxılmasını istəyib. Əkrəm Həsənov isə qanuna əsasən işə Xətai rayon Məhkəməsinin baxmalı olduğunu deyib. Aidiyyəti məsələyəiki dəfə Bakı Apellyasiya Məhkəməsində, bir dəfə isə Ali Məhkəmədə baxılıb. Yekunda iş Xətai rayon Məhkəməsinə göndərilib.

Bankın iddiasına görə, Əkrəm Həsənov 24 avqust 2015-ci il tarixində “Facebook”da paylaşdığı “Əmanətimi hansı banka qoyum?” adlı yazısında onun işgüzar nüfuzunu ləkələyib, zərər vurub. Bank rəhbərliyi iddia edir ki, həmin yazı nəticəsində əmanətçilər pullarını geri çəkib. Bu səbəbdən də bank hüquqşünasın 30 min manat təzminat ödəməsini tələb edir.

Əkrəm Həsənovun sözlərinə görə, iclasda “Nikoyl Bank”ı təmsil edən Dinara adlı xanım hesab edib ki, hüquqşünasbankın Rusiyaya məxsus olduğunu deməklə də onlara ləkə vurub: “Nümayəndənin sözlərinə görə, yazımdan sonra “Nikoyl Bank” külli miqdarda əmanət itirib.Əmanət üzrə faiz ödəməli olduğu halda burada zərərin nədən ibarət olduğu, bəlkə əksinə qazanc əldə etdiyi barədə sualıma cavab verə bilmədi. Ümumən xanımın işin detallarından xəbəri az idi. Buna görə də həm hakim, həm də mən ondan növbəti iclasa hazırlaşıb bəzi məsələlərə aydınlıq gətirməyi, sənədləri təqdim etməyi xahiş etdik. Dedik ki, bankın səhmdarları və səhmdarların real sahibləri haqda məlumatı, qanunazidd olaraq dərc etmədiyi maliyyə hesabatlarını məhkəməyə təqdim etsin. Bundan başqa, hansı əmanətçi tərəfindən pulun mənə görə bankdan götürülməsi faktını. Eyni zamanda mən tələb etdim ki, “Nikoyl” işə əlavə etdiyi şəxsiyyət vəsiqəmin surətini hardan əldə etdiyini açıqlasın, çünki faktiki olaraq kimsə mənim fərdi məlumatlarımı ona ötürüb.Bütün bunlar 4 oktyabr, saat 16.00-da keçiriləcək növbəti məhkəmə iclasında müzakirə ediləcək”.

Hüquqşünas deyir ki, bankın nümayəndəsi onu filialların bağlanmasına görə də suçlayıb:

“İclasın ən maraqlı məqamı isə sonda oldu. Məlum olduğu kimi, bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası çoxsaylı qanun pozuntularına görə “Nikoyl Bank”ın 4 filialını bağlayıb. Bankın nümayəndəsi bunda da məni suçladı, guya bütün bunlar da mənim yazımın nəticəsidir. Hətta dedi ki, 4 filialı da özləri bağlamaq istəyir və bu da mənim təqsirimdəndir: qaçırmışam müştərilərini!”

Əkrəm Həsənov sözügedən yazısında banklara əmanət qoymağın təhlükəli olduğunu qeyd edib. O, ən təhlükəsiz bankların dövlət bankları – “Beynəlxalq Bank” və “AzərTürkBank” olduğunu vurğulayıb və bildirib ki, dövlət bu bankların götürdüyü əmanətlərə görə cavabdehdir. Ən təhlükəli banklar qismində isə Rusiyaya mənsubluq meyarına görə VTB və “Nikoyl Bank”ı göstərib. Qeyd edib ki, Rusiyada vəziyyət Azərbaycandan da ağırdır, pul qıtlığı var. İstənilən anda əmanət kreditə çevrilərək Rusiyaya gedə və qayıtmaya bilər.

Ana səhifəXəbərlərBank hüquqşünasdan 30 min manat təzminat istəyir