Bank aprel döyüşündə həlak olmuş əsgəri məhkəməyə verib

”Əsgərin evi götürdüyü kredit üzündən əlindən çıxa bilər”

Source:


”Əsgərin evi götürdüyü kredit üzündən əlindən çıxa bilər”

“Para” BOKT ASC aprel döyüşlərində həyatını itirmiş  Xaliq Əzizzadəni məhkəməyə verib.

Məlumatı deputat Qənirə Paşayeva “Facebook” səhifəsində paylaşıb.

Xaliq Əzizzadə

Bildirib ki, Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb:

“Bir saatdır, şəhid anasının həyacandan, əsəbdən, üzüntüdən gözyaşları dayanmır. Çünki o şəhid övladının bir müddət əvvəl fəaliyyətdə olan “Para Bank”-dan götürdüyü pul üzündən məhkəməyə verilib və yaşadığı evi itirmək üzrədir. Doğrudanmı bankın Xaliq Əzizzadənin şəhid olması barədə xəbəri yoxdur ki, onu cavabdeh qismində məhkəməyə çağırtdırır? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?”

Ana səhifəXəbərlərBank aprel döyüşündə həlak olmuş əsgəri məhkəməyə verib